BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) sessiyasında Ermənistan nümayəndəsinin Qarabağda “ərzaq böhranı” ilə bağlı həqiqəti əks etdirməyən iddialarına tutarlı cavab verilib.
Bizim.Media xəbər verir ki, mərkəzi qərargahı Romada yerləşən FAO Şurasının aprelin 24-28-də keçirilən 172-ci sessiyasında son iclaslarda olduğu kimi, Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurmanın qlobal ərzaq təhlükəsizliyinə təsirləri əsas müzakirə mövzusu olub.
Sessiyada təmsil olunan Ermənistanın nümayəndəsi Ukraynadakı hadisələrin ərzaq təhlükəsizliyinə təsirləri ilə bağlı müzakirələrin sonunda söz almağa cəhd göstərib.
O, yalnız aprelin 26-da bu mövzu yekunlaşdıqdan sonra baş tutmuş səsvermə hüquqlarının bərpası ilə bağlı məsələyə həsr edilmiş iclasda söz alaraq Laçın yolu ilə ətrafında baş verən hadisələrin Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin lazımi şəkildə ərzaq təminatına imkan vermədiyini və oradakı insanların kənd təsərrüfatı ilə məşğul olmasına maneələr törədildiyini iddia edib, Ermənistanın ölkəmizə qarşı bu kimi digər böhtan və təxribat xarakterli ənənəvi ittihamlarını səsləndirib.
Azərbaycanın İtaliyadakı səfirliyin birinci katibi Nemət Əliyev dərhal cavab haqqından istifadə edərək, Ermənistan təmsilçisinin ölkəmizə qarşı yalan və əsassız bəyanatını, o cümlədən Laçın yolunun bağlı olması ilə bağlı iddialarını qətiyyətlə rədd edib.
Eyni zamanda, Azərbaycanın suveren ərazisi olan Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsini şərtləndirən təhlükəsizlik amilləri, Ermənistanı bu yoldan qeyri-qanuni hərbi məqsədlər üçün istifadə etdiyi ilə bağlı məqamlar vurğulanıb, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradılmasının ölkəmizin suveren və legitim hüququ olduğu, bunun heç bir beynəlxalq sənədə və məhkəmə qərarına qarşı olmadığı vurğulanıb.
Bildirilib ki, 30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən, Azərbaycan torpaqlarının işğalına son qoyulması barədə beynəlxalq təşkilatların və tərəfdaşların çağırışlarına məhəl qoymayan Ermənistanın özünü sülhpərvər tərəf kimi göstərməsi və Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:45 / 30.04.2023
Romada Ermənistan nümayəndəsinə tutarlı CAVAB VERİLDİ
Hazırda oxunan: Romada Ermənistan nümayəndəsinə tutarlı CAVAB VERİLDİ
Hazırda oxunan: Romada Ermənistan nümayəndəsinə tutarlı CAVAB VERİLDİ
133622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.