Yaponiyanın Azərbaycandakı səfiri Balakəndə olub - FOTO

Yaponiyanın Azərbaycandakı səfiri Balakəndə olub - FOTO

Hazırda oxunan: Yaponiyanın Azərbaycandakı səfiri Balakəndə olub - FOTO

133511

Yaponiyanın Azərbaycandakı səfiri Balakəndə olub. Rayon rəhbərliyi ilə görüşən səfirə Balakənin tarixi və bu günündən məlumat verilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə səfirə Balakənin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri barədə ətraflı məlumat verib.  

Qeyd edilib ki, Balakəndə bütün sahələrin, xüsusilə kənd təsərrüfatının, turizmin inkişafı üçün imkanlar mövcuddur.  

Səfirə Balakən rayonunda Yaponiya səfirliyi tərəfindən indiyə qədər 5 layihənin həyata keçirildiyi bildirilib. Talalar və Kortala kəndlərində yeni tibb məntəqələri tikilib və  Balakən Məişət tullantıları poliqonu açılıb. Həmçinin Mahamalar və Hənifə kəndlərində artezian quyuları qazılaraq əhalinin istifadəsinə verilib. 
Görüşdə Yaponiya səfirliyi tərəfindən rayonda növbəti içməli su layihəsinin icrası ilə bağlı razılıq əldə olunub. 

Rayonla yaxından tanış olan səfir Vada Cüniçi ona göstərilən qonaqpərvərlikdən razılığını bildirərək rayon rəhbərliyinə minnətdarlığını bildirib və Balakəndən xoş təəssüratlarla ayrıldığını qeyd edib. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO