İlham Əliyevin “TEKNOFEST”dəki çıxışı Türkiyə mediasının DİQQƏT MƏRKƏZİNDƏ - FOTO 

İlham Əliyevin “TEKNOFEST”dəki çıxışı Türkiyə mediasının DİQQƏT MƏRKƏZİNDƏ - FOTO 

Hazırda oxunan: İlham Əliyevin “TEKNOFEST”dəki çıxışı Türkiyə mediasının DİQQƏT MƏRKƏZİNDƏ - FOTO 

133506

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı və çıxışında səsləndirdiyi fikirlər KİV-lərində geniş işıqlandırılıb. 

Bizim.Media xəbər verir ki, Anadolu, “İHA” xəbər agentlikləri, “Aksam”, “Milliyet”, “Hurriyet”, “Sabah”, “Yenisafak” qəzetlərinin saytları, “Ahaber”, “Takvim”, “Habervakti”, “Tgrthaber”, “Aydinlik” portalları və digər mətbuat orqanları Azərbaycan Prezidentinin çıxışından önəmli məqamları oxuculara və izləyicilərə çatdırıblar. 

Anadolu Agentliyinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı olduğu barədə fikirlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, Azərbaycanın dövlət başçısı Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini deyib. 

İHA agentliyi, “Sabah” qəzetinin saytı dövlətimizin başçısının tam mətnini yayıb. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti “Kızılelma”nı tezliklə Azərbaycan səmasında görəcəyinə ümid etdiyini bildirib.

Dövlətimizin başçısının söylədiyi “aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq” fikirləri də oxucuların diqqətinə çatdırılıb. 
“Hurriyet” qəzetinin saytı isə Azərbaycan Prezidentinin bu fikirlərini oxucularına təqdim edib: “Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var.

Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi”. 

“Yenisafak” qəzetinin saytı, “Ahaber”, “Habervakti”, “Tgrthaber”, “Aydinlik” portallarında dərc olunan məqalələrdə, yayılan videolarda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rəcəb Tayyib Ərdoğanın Türkiyənin son uğurlarında, Türk dünyasının birləşməsində roluna, “TEKNOFEST”in qurucusu Selçuk Bayraktarın xidmətlərinə, həmçinin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə diqqət çəkdiyi vurğulanıb. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO