Ərdoğanla İlham Əliyevin Fulya ilə maraqlı DİALOQU: “Bu qız, bizim qızımız” - VİDEO 

Ərdoğanla İlham Əliyevin Fulya ilə maraqlı DİALOQU: “Bu qız, bizim qızımız” - VİDEO 

Hazırda oxunan: Ərdoğanla İlham Əliyevin Fulya ilə maraqlı DİALOQU: “Bu qız, bizim qızımız” - VİDEO 

133480

Xəbər verdiyimiz kimi aprelin 29-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər. 
Bizim.Media xəbər verir ki, Vətən müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan Türkiyənin məşhur jurnalisti Fulya Öztürkün Ərdoğan və İlham Əliyevlə maraqlı dialoqu yaranıb. 

Belə ki, avtomobilə yaxılaşaraq Prezidentləri salamlayan jurnalistə ölkəmizin başçısı “Bu qız bizim qızımız” deyərək xitab edib. 

“İkinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə gedən jurnalistdir. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə güldü. Bu qız bizim qızımızdır”, - deyə İlham Əliyev qeyd edib. 

Qeyd edək ki, yol boyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və alqışlarla qarşılayıblar. 

Həmin görüntüləri təqdim edirik: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO