Xəbər verdiyimiz kimi, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.
Bizim.Media xəbər verir ki, Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü Cansu Bektaşın İrəvanda qazandığı qızıl medalı Azərbaycan Prezidentinə hədiyyə edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir”
“Bizim də hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm”, - deyə T. Ünlü qeyd edib.