Mərakeş Azərbaycanın minatəmizləmə təcrübəsindən faydalanmaq istəyir

Mərakeş Azərbaycanın minatəmizləmə təcrübəsindən faydalanmaq istəyir

Hazırda oxunan: Mərakeş Azərbaycanın minatəmizləmə təcrübəsindən faydalanmaq istəyir

133354

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarxın rəhbərlik etdiyi Kral Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirib. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair Mərakeş Krallığının nümayəndə heyətinə ətraflı məlumat verilib. 

Qarşı tərəf Azərbaycanın bu sahədə əldə etdiyi genişmiqyaslı uğurlardan və təcrübələrdən faydalanmaq istəyini bildirib. 

Görüşdə həmçinin minatəmizləmə fəaliyyəti sahəsində gələcəkdə faydalı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO