Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb

Hazırda oxunan: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb

133344

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirilib və dəstəklənib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, plenar iclasda həmçinin, Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə də baxılıb. Müraciət müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilib. 
İclasda çıxış edən Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova qeyd edib ki, TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi təqdirəlayiqdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında cari ilin fevral ayında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu, həmçinin müşahidəçilik əsasında gələcək qarşılıqlı fəaliyyət TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da güclənməsinə xidmət edəcəkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO