Artıq Həkəri çayı üzərində Azərbaycan sərhədçiləri ilə yanaşı, gömrükçülərimiz də fəaliyyətə başlayıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, dünəndən etibarən qurumun əməkdaşları Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsindədir.
Azərbaycan gömrükçüləri Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında fəaliyyətə başlayıblar.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib ki, atılan bu addım hazırda Azərbaycanın yuridiksiyası altına keçməkdən çəkinən Qarabağ ermənilərinin gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmələrinə yardımçı olacaq:
“Sərhədçilərimizlə yanaşı gömrükçülərimizin də həmin ərazidə yerləşməsi gözlənilən idi. Ona görə ki, Azərbaycan hakimiyyət orqanları aprelin 23-də bu barədə əvvəlcədən məlumat vermişdilər. Həmin məlumatda deyilirdi ki, sərhədçilərlə yanaşı, Dövlət Gömrük Komitəsinin əməkdaşları da orada yerləşəcək.
Azərbaycana xarici dövlətdən yük və mal gəlir. Məhz bu amil də əsas verir ki, sözügedən prosedur həyata keçsin.
Ermənistan baş naziri Zəngəzur dəhlizinin açılması ilə əlaqədar dəhlizin İrəvanın nəzarəti altında olması, sərhəd-buraxılış məntəqəsinin qoyulması, orada gömrük və polis işçilərinin təmsil olunması kimi müəyyən şərtlər irəli sürmüşdü. Eyni şəkildə xarici dövlət olaraq Ermənistan tərəfdən ölkəmizə daxil olan bütün yük və mallar da gömrüklə əlaqədar məsələlərə cəlb olunmalıdır.
Bu onun göstəricisidir ki, Azərbaycan atdığı bütün addımlarda ciddidir və heç bir məsələdə güzəştə getməyəcək. Bütün dünya görməlidir ki, Azərbaycanın ermənilərlə heç bir qərəzli məsələsi yoxdur. Atılan bu addım hazırda Azərbaycanın yurisdiksiyası altına keçməkdən çəkinən Qarabağ ermənilərinin gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmələrinə yardımçı olacaq. Onlar başa düşəcək ki, yaşadıqları məkan Azərbaycan ərazisidir.
Bura Ermənistandan mal gələcəksə, birmənalı şəkildə gömrük yığımına məruz qalacaq.
Bütün bunlar Azərbaycanın daxili və xarici siyasətində daha ciddi olduğunu göstərir. Eyni zamanda, İrəvana başa salır ki, Azərbaycanla onun istədiyi yumşaq dildə danışmasa, Bakı onlarla beynəlxalq qanunlara müvafiq olaraq danışacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 29.04.2023
Gömrükçülərimiz LAÇIN YOLUNDA – Ermənistandan gələn mallardan rüsum alınacaq?
Hazırda oxunan: Gömrükçülərimiz LAÇIN YOLUNDA – Ermənistandan gələn mallardan rüsum alınacaq?
Hazırda oxunan: Gömrükçülərimiz LAÇIN YOLUNDA – Ermənistandan gələn mallardan rüsum alınacaq?
133332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.