Sülhməramlıların yeni komandanından İLK TƏXRİBAT – Lentsovun separatçılarla görüşünün PƏRDƏARXASI

Sülhməramlıların yeni komandanından İLK TƏXRİBAT – Lentsovun separatçılarla görüşünün PƏRDƏARXASI

Hazırda oxunan: Sülhməramlıların yeni komandanından İLK TƏXRİBAT – Lentsovun separatçılarla görüşünün PƏRDƏARXASI

133284

Qarabağa ayaq basar-basmaz ərazidə müvəqqəti yerləşən Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik Aleksandr Lentsov qondarma rejimin saxta rəhbəri Araik Arutyunyanla görüşüb. Bu barədə məlumatı erməni mətbuatı verib. Hətta erməni mətbuatı separatçıların nümayəndəsi Tiqran Petrosyana istinadən iddia edir ki, Lentsov görüşdə Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsinin bağlanılmasına çalışdığını bildirib. 

Bu məlumatın doğru olub-olmadığını deyə bilmərik. Ola bilsin, Lentsov erməniləri sakitləşdirmək üçün bu sözləri işlədib.

Ola da bilsin, rus generalı heç belə bir fikir bildirməyib və bu növbəti erməni yalanıdır. 

Amma Lentsov Azərbaycan ərazisinə gəldiyindən ilk görüşü də Bakı ilə keçirməli idi. Lakin dünənki görüş göstərir ki, özündən əvvəlki komandirlər kimi o da separatçı rejimin tör-töküntülərilə görüşə üstünlük verib. Digər tərəfdən, rusiyalı general həmin görüşü separatçıların qondarma bayrağı altında keçirib. Bu hərəkətilə Lentsov istər-istəməz tərəfini bəlli etdi.

Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev bildirir ki, Kremlin göstərişilə hərəkət edən Lentsov bu addımı ilə separatçılara legitimlik qazandırmağa çalışır:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın sülhməramlı kontingentinin yeni komandanı Suren Papikyanla GÖRÜŞDÜ - VİDEO 


“Lentsovun separatçı rejim qalıqlarının rəhbərlərilə görüşməsində normalda qəbahət yoxdur. Ancaq burada doğru olmayan odur ki, Lentsov Azərbaycan tərəfilə görüşmədən, separatçılarla görüşə üstünlük verib. 

İkinci bir tərəfdən, görüşdə o, qondarma rejimi yenidən legitimləşdirməyə çalışıb. Qarabağdakı saxta dövlət 10 noyabr bəyanatı ilə batdı. Laçın yolunda atdığımız addımlarla isə bu məsələyə birdəfəlik son qoyduq. Ancaq buna baxmayaraq, Rusiya burada yeni bir Krım formalaşdırmağa çalışır. Ona görə də Kremlin göstərişilə hərəkət edən Lentsov separatçılarla görüşməklə qondarma quruma legitimlik qazandırmağa çalışır”. 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan ərazisinə gələn Lentsov ilk növbədə rəsmi Bakı ilə görüşməli idi:

“Ondan sonra onlar işin gedişində yerli icma ilə də görüşə bilərlər. Ancaq Lentsov Bakı ilə görüşməmiş, icma ilə görüşməsi bir yana, icma ilə hətta rəsmi şəkildə görüşür. Bütün bunlar Moskvanın separatçıları leqallaşdırmaq üsuludur. Paşinyan artıq separatçıları müdafiə etmir. Faktiki olaraq İrəvan artıq Qarabağ davasından geri çəkilib. Onun yerini isə Moskva tutmağa çalışır”. 

Ekspertin fikrincə, istənilən halda, Rusiyanın Qarabağla bağlı istəkləri baş tutan deyil: 

“Qərb buna dəstək vermir. Ən əsası isə Azərbaycan buna icazə verməyəcək. Sərhəd buraxılış məntəqəsinin qurulması göstərir ki, Azərbaycan qarşıdan gələn iki il yarımda oradakı rus ordusunun çıxarılmasına nail olmalı və erməni cəmiyyəti Azərbaycana reinteqrasiya etməlidir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO