Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi – FOTO  

Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi – FOTO  

Hazırda oxunan: Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi – FOTO  

133270

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı “Togg” avtomobili ilə gedib. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə “Togg”la aparıb. 

S.Qafarova avtomobildən razılığını ifadə edib: 

“Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”. 
Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO