Ya özləri gedəcəklər, ya da... – Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərini nə gözləyir?

Ya özləri gedəcəklər, ya da... – Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərini nə gözləyir?

Hazırda oxunan: Ya özləri gedəcəklər, ya da... – Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərini nə gözləyir?

133123

Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd keçid məntəqəsi yaratmasından sonra aydın məsələdir ki, Qarabağdakı separatçı tör-töküntülər daha istədikləri özbaşınalıqları edə bilməyəcəklər.

Bu addımla artıq onların əvvəlki tək Ermənistandan silah-sursat və digər döyüş ləvazimatları almalarının qarşısı alınır.

Amma hələ də separatçıların yerləşdiyi ərazidə Ermənistan ordusunun qalıqları, terrorçu ünsürlər qalmaqdadır. Aydın məsələdir ki, bu kimi qanunsuz silahlı dəstələrin sözügedən ərazidə qalması istər-istəməz regonda gərginliyin qalması demək olacaq.  

Laçın yolunun nəzarətə götürülməsindən sonra Ermənistan ordusunun Qarabağda qalan tör-töküntülərinin aqibəti necə olacaq?

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Qarabağda qalan erməni silahlı dəstələrinə münasibətdə Azərbaycan öz maraqlarına uyğun hərəkət etməli olacaq: 
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti addım Qarabağdakı separatçıların tərk-silah edilməsi olacaq? – AÇIQLAMA


“Ermənistandan gətirilən bu silahlı tör-töküntülər ya ərazimizi tərk etməlidirlər, ya da məhv ediləcəklər:. 10 noyabr bəyannaməsindən keçən bu müddət ərzində rus sülhməramlıları qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi yolunda heç nə etməyiblər.

Belə olan halda Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra Qarabağda qalan Ermənistan ordusnunun tör-töküntülərinə qarşı yeni bir yol seçməlidir. 

Çünki ölkəmiz üçün Rusiyanın burada apardığı siyasət yararlı deyil. Azərbaycan Ordusu rus sülhməramlılarına erməni silahlı dəstələrini Qarabağdan çıxarmaları üçün müəyyən zaman verməlidir. Onsuz da bu silahlı dəstələr Azərbaycanın Cinayət Məcəlləsini pozublar.

Bu qanunsuz dəstələr sərhədi qeyri-qanuni keçmək, qeyri-qanuni silah daşımaq, Azərbaycana qarşı terrorda iştirak və iki və daha çox adamın ölümünə bais olmaq kimi cinayətlər törədiblər. 
Ekofəallarımızın yolu bağlamasından üzü bəri hətta rus sülhməramlıları belə Ermənistandan separatçılara silah gətirilməsindən ehtiyat edirdi.

Belə olan halda, ermənilər torpaq yollarla silah gətirməyə başladı. Lakin Azərbaycan onun da qarşısını aldı. Artıq yaradılan yeni sərhəd-keçid məntəqəsi Ermənistandan Qarabağa qanunsuz keçidlərin qarşısını bundan sonra birmənalı şəkildə tam olaraq alacaq.
Erməniləri narahat edən də budur. Bu müstəvidə separatçılar çalışacaq ki, Qarabağda daha çox təxribat törətsinlər. Araik Arutyunyan geri çəkilməyəcəyini bəyan edir. Çəkilməyəcəklərsə, olan-qalan silahlı tör-töküntüləri də qırılacaq”.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO