Ceyhun Bayramov:

Ceyhun Bayramov: "Fransanın vasitəçiliyi bizi məyus etdi"

Hazırda oxunan: Ceyhun Bayramov: "Fransanın vasitəçiliyi bizi məyus etdi"

133097

"Fransa uzun illər ərzində - 25 ildən artıq müddət ərzində keçmiş Minsk Qrupunun həmsədri qismində bu münaqişənin həlli istiqamətində çox fəal rol oynayıb. Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən, ən fəal rolu olan bir tərəfdir.

2020-ci ilin Vətən müharibəsinədək danışıqlar prosesinin, vasitəçilərin çağırışları, Ermənistana təzyiq edəcəyi ilə bağlı Azərbaycanın gözləntiləri vardı. Sonradan bu uzunmüddətli gözləntilər məyusluğa çevrilmişdi".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu, müəyyən mənada bizim xoşumuza gəlmirdi. Çünki bu, faktiki olaraq təcavüzkar ölkə ilə təcavüzə məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoyurdu. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan buna təmkinlə yanaşırdı.
Bunu anlayışla qəbul edirdi ki, bu, beynəlxalq vasitəçilik roludur, beynəlxalq düzənin bir qaydasıdır. Ancaq 2020-ci ildən sonra biz bir çox hallarda bir sıra fərqli davranışlar görürük”, - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO