"Fransanın iki il yarım ərzində Ermənistana hansısa çağırış etdiyini görmədik" - Ceyhun Bayramov 

Hazırda oxunan: "Fransanın iki il yarım ərzində Ermənistana hansısa çağırış etdiyini görmədik" - Ceyhun Bayramov 

133090

“Azərbayan iki il yarım ərzində Fransanın Ermənistana hansısa çağırış etdiyini görmədi”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Azərbaycan açıq və şəffaf şəkildə, öz Konstitusiyasına uyğun addım atır:

"Biz iki il yarım əvvəl bununla bağlı mövqeyimizi ortaya qoymuşduq. Ancaq Fransa Ermənistana çağırış etməmişdi".

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycanda səfərdədir.

Fransalı nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO