"Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb" -Ceyhun Bayramov 

Hazırda oxunan: "Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb" -Ceyhun Bayramov 

133080

"Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb, hər zaman bu münasibətlərin müsbət müstəvidə inkişafının tərəfdarı olmuş, buna səylər göstərib".

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Münasibətlərdə fikir ayrılıqları olan zamanda belə Azərbaycan təmaslardan çəkinməyib, təmaslar intensiv formada davam edib. Biz bu cür təmaslara hər zaman açığıq. Bu müstəvidə xanım Ketrin Kalonnanın ölkəmizə səfərini müsbət qiymətləndiririk”, - XİN başçısı qeyd edib.

Ceyhun Bayramov bildirib ki, bizim ölkələrimiz arasında parlamentlərarası əlaqələr də mövcuddur: parlamentlərarası dostluq qrupları fəaliyyət göstərib, qarşılıqlı investisiyaların həcmi çox milyardlıdır:

“Eyni zamanda, biz onu da qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, yəni Azərbaycan Respublikası öz Konstitusiyasına və BMT-nin Nizamnaməsinə və legitim hüquqlarına əsasən, öz torpaqlarına azad etdikdən sonra Ermənistan-Azərbaycan arasında postmünaqişə dövründə, yumşaq sözlə desək, ölkələrimiz arasında fikir ayrılıqları mövcud olmuşdur.

Bu son iki il yarımlıq müddəti siyasi gündəlik baxımından dəyərləndirsək, yeni siyasi təmasların yeni layihələrin inkişafına deyil, hansısa qarşılıqlı diplomatik debatlar, fikir ayrılıqların nümayişi fonunda keçmişdir!” - o, əlavə edib.
Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycanda səfərdədir. Fransalı nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO