ABŞ-ın Illinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, bəyanatda deyilir: “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində faciə baş verib.
366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvbələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib.
29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirlimiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.
O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur diləyirəm".
Qeyd edək ki, Kam Bukner 26-cı dairədən İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.
Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.
Bizim.Media
![ABŞ konqresmenindən Xocalı soyqırımı ilə əlaqədar BƏYANAT - FOTO ABŞ konqresmenindən Xocalı soyqırımı ilə əlaqədar BƏYANAT - FOTO](https://bizim.media/file/articles/2021/02/27/1614429867_1-kcur-2.jpg)
- A-
- A
- A+
Siyasət
16:42 / 27.02.2021
ABŞ konqresmenindən Xocalı soyqırımı ilə əlaqədar BƏYANAT - FOTO
Hazırda oxunan: ABŞ konqresmenindən Xocalı soyqırımı ilə əlaqədar BƏYANAT - FOTO
Hazırda oxunan: ABŞ konqresmenindən Xocalı soyqırımı ilə əlaqədar BƏYANAT - FOTO
13276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.