“Keçid məntəqəsinin qurulması ilə erməni təxribatlarının qarşısı alınacaq” – Rus siyasilərdən ÖZƏL AÇIQLAMA

“Keçid məntəqəsinin qurulması ilə erməni təxribatlarının qarşısı alınacaq” – Rus siyasilərdən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Keçid məntəqəsinin qurulması ilə erməni təxribatlarının qarşısı alınacaq” – Rus siyasilərdən ÖZƏL AÇIQLAMA

132556

“Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsini tikməsi qondarma tərəfin cəhdlərinin qarşısını almaq üçün məcburi tədbirdir. Əks halda Ermənistandakı müharibə tərəfdarları Qarabağı silahla və Xankəndindəki gənc mütəxəssislər kimi maskalanmış silahlılarla dolduracaq”.

Bu fikirləri Bizim.Media-ya Laçın yolunda nəzarət-keçid məntəqəsinin yaradılmasının perspektivlərini şərh edərkən “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında sərhəd keçid məntəqəsinin qurulması xəbəri şəhid oğlunda hansı hissləri yaradıb? - FOTO


O hesab edir ki, yeni məntəqə ermənilərin Qarabağdakı bütün təxribatlarının qarşısını alacaq:

“Təəssüflə bildirmək lazımdır ki, istər Qarabağ (Azərbaycan) ərazisindəki ermənilər, istərsə də Qarabağ ərazisində yaşayan əhali ilə sıx əlaqədə olan Ermənistan Respublikasının özündə hələ də dağıdıcı qüvvələr var. Onlar işğal prosesində maraqlıdırlar. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata və ona əsaslanan, daha sonra bölgəyə sülhün qaytarılmasına yönəlmiş sənədlərə əməl edilməlidir. 

İnanıram ki, keçid məntəqəsinin fəaliyyəti Qarabağın əsl dinc əhalisinə – onun “materik” Ermənistanla qarşılıqlı əlaqəsinə və mülki yüklərin daşınmasına çətinlik yaratmayacaq.

Lakin regionda sözün əsl mənasında havada doymuş gərginliyi və təxribatların qarşısını almaq, o cümlədən Azərbaycan hərbçilərinin müəyyən protokol hərəkətlərinə Ermənistan tərəfinin mümkün təhrifini nəzərə alsaq, məqsədəuyğun görünür. Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsində iştirakı da bunu sübut edir”.

Rusiyalı ictimai xadim, jurnalist və teleaparıcı Maksim Şevçenko da açıqlaması zamanı həmkarının fikirlərini təsdiqləyib. O bildirib ki, Laçın yolunda nəzarət-keçid məntəqəsi qanunsuzluqların aradan qaldırılmasına xidmət edəcək:

“Hesab edirəm ki, qanunsuz olan hər şey öz həlli yolunu tapmalıdır. Məncə, burada hər şey rus sülhməramlıları və orada olan digər hansısa missiya üzvləri ilə razılaşdırılıb həll olunmalıdır. Yəni, hər şey qanuni olmalıdır.

Hər iki ölkə arasında əlqələrin normallaşmasına gəlincə, məncə hər iki ölkə vətəndaşların hüquqlarını tanımalı və yaxud bir-birinin konstitusion huquqlarına hörmət etməlidirlər. Belə olan halda, əlaqələr düzələr. Bunun üçün isə elə bir güc olmalıdır ki, hansısa güc ona müdaxilə edə bilməsin. 

Bir məqamı xüsusi qeyd edim ki, Qarabağ Azərbaycandır. Yəni Qarabağın hər bir santimetri Azərbaycana məxsusdur. Bu mənim üçün artıq bir sual deyil. Sözsüz ki, Qarabağda yaşayan ermənilərin hüquqları da önəmli məsələlərdəndir. Bu isə təbi ki, siyasi yollarla həll olunası prosesdir”. 
Maksim Şevçenkonun sözlərinə görə, yeni sərhəd keçid məntəqəsinin qurulması sülh üçün yeni reallıqlara şərait yaratdıb:

“Sülh üçün öncə xalqların hazır olması vacibdir. Bunun üçün isə görüləcək işlər hələ çoxdur. Əgər hər iki tərəf gələcəkdə bir-birinə qarşı nifrət hisslərini, müharibəni aşılamaqdan imtina edərsə, məncə bu zaman hər şey yaxşı olacaq. 

Yəni hər iki tərəf bir sıra məsələlərin həllində razılığa gələrsə, gələcəkdə ölkələr arasında münasibətlər də yaxşı olar.

Bu cür məsələlərə sərhədlərin delimitasiyası, milli azlıqların hüquqları, qaçqın və məcburi köçkünlərin geri dönməsi, bir sıra iqtisadi layihələrin həllini aid edə bilərik. Yox əgər razılığa gəlinməzsə, bu zaman təbii ki, müharibə, münaqişə davam edəcək”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO