Zəngəzur dəhlizi İran üçün də faydalı olacaq və İran bu dəhlizdən istifadə edə biləcək.
Bizim.Media-nın məlumatına görə, bu barədə İranın “Mehr” xəbər agentliyinin fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından hazırladığı xəbərdə əks olunub.
MÖVZU İLƏ BAĞLI:
Prezident ikibaşlı sualına görə iranlı jurnalistə sərt cavab verdi
Yazıda bildirilib ki, Prezident İlham Əliyev konfrans zamanı Qarabağ müharibəsindən sonra İranla Azərbaycan arasında əlaqələrin perspektivləri barədə “Mehr” agentliyinin sualını cavablandırıb.
“İran şirkətləri müharibə gedən ərazilərin bərpasında iştirak etməyə hazırdır. Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti iki ölkə arasında əməkdaşlıq məsələsini müzakirə etmək üçün İrana səfər edib. Səfər zamanı Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib”- deyə prezidentin çıxışından sitat gətirilib.
İlham Əliyev həmçinin Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açıldığını vurğulayıb
“Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır.”
Bizim.Media