ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial mediadakı paylaşımı birmənalı qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, səfirlik paylaşımında Azərbaycanın Laçın yolunun başlanğıcında nəzarət məntəqəsi qurmasından təəssüfləndiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu
Paylaşım ciddi etirazla qarşılanıb.
Bir sıra tanınmışlar rəy yazaraq bildiriblər ki, oxşar şeyi biz də tələb edirik - Meksika ilə sərhədi açın, insanlar sərbəst şəkildə gedib-gəlsinlər.
Qeyd edək ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bizim.Media