Laçın-Xankəndi yolunda aksiya iştirakçıları dünya ictimaiyyətinə çağırış etdilər - FOTO

Laçın-Xankəndi yolunda aksiya iştirakçıları dünya ictimaiyyətinə çağırış etdilər - FOTO

Hazırda oxunan: Laçın-Xankəndi yolunda aksiya iştirakçıları dünya ictimaiyyətinə çağırış etdilər - FOTO

132338

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası bu saatlarda canlanma ilə müşahidə olunur.

Bizim.Media xəbər verir ki, toplanış yerində etirazçıların tələbləri dəyişməz olaraq qalır, onlar səsləndirdikləri şüarlarla dünya ictimaiyyətinə çağırış edirlər.

Hazırda ekofəallar və gənc könüllülər Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisindən keçən hissəsində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Təbiəti qoruyaq” və sair kimi şüarlar səsləndirir, ekoloji cinayətə və istismara son qoyulmasını istəyirlər.

Aksiya iştirakçıları bildirirlər ki, ekoaksiyanın təşkil olunduğu ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının istismarına qarşı ekoaksiya ötən il dekabrın 12-dən başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO