Ermənistanın yalanları BMT-də növbəti dəfə İFŞA OLUNDU – FOTOFAKT  

Ermənistanın yalanları BMT-də növbəti dəfə İFŞA OLUNDU – FOTOFAKT  

Hazırda oxunan: Ermənistanın yalanları BMT-də növbəti dəfə İFŞA OLUNDU – FOTOFAKT  

132028

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. 

Bizim.Media xəbər verir ki, Yaşar Əliyevin baş katibə məkubunda silahlı münaqişənin qarşısının alınması, sülh quruculuğu və sülhün qorunması, irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması və s. mövzular əhatə olunub. 

Səfir bildirib ki, Ermənistanın daimi nümayəndəsinin BMT-yə ünvanladığı 10 mart 2023-cü il tarixli məktubunda yer alan qüsurlu və yalan iddialar bu ölkədə nifrət, dözümsüzlük, yalanın nə dərəcədə üstünlük təşkil etdiyini ortaya qoyur və bu yanaşma regional sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükədir. 
Bununla yanaşı, məktubda qeyd olunub ki, Ermənistan rəsmiləri Qərbi Azərbaycan İcmasının azərbaycanlıların Ermənistandakı tarixi vətənlərinə təhlükəsiz şəkildə qayıtmaları üçün müraciətini açıq şəkildə yanlış şərh edib. Əslində müraciət Ermənistandan qovulmuş və geri qayıtmasına icazə verilməyən yüz minlərlə azərbaycanlının hüquqlarından bəhs edir. 

Y.Əliyev məktubda Ermənistan ərazisində azərbaycanlılara aid tarixi izlərin silinməsi və etnik təmizləmə siyasətindən də bəhs edib. 

Sənəddə qeyd olunur ki, Ermənistanın Azərbaycandakı erməni icmalarının tarixi, mədəni və dini irsinin yerlə-yeksan edilməsi ilə bağlı iddiaları tamamilə yalandır. Bunun sübutu olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən müqəddəs Qriqori İlluminator erməni kilsəsini xatırlatmaq kifayətdir.  

Məktubda Ermənistan hökümətinin azərbaycanlılara qarşı apardığı irqçi ideologiyanın bu günə qədər davam etdiyi qeyd olunur.  

Y.Əliyev Ermənistanın hələ də, Azərbaycanın sərhədyanı kəndlərini işğal altında saxlamaqda davam edərək ərazi iddiası irəli sürdüyünü vurğulayıb. 

“Azərbaycan sülhsevər, təhlükəsiz, sabit və firavan region məqsədlərinə tam sadiq qalır və bölgədə münaqişədən sonra sülh quruculuğu, reinteqrasiya və inkişaf istiqamətində səylərini davam etdirəcək", məktubda qeyd olunub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO