Daşınar əmlakla bağlı PREZİDENT fərman imzaladı

Daşınar əmlakla bağlı PREZİDENT fərman imzaladı

Hazırda oxunan: Daşınar əmlakla bağlı PREZİDENT fərman imzaladı

131933

Prezident İlham Əliyev “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Azərbaycanda daşınar əmlakın reyestrlərdə qeydiyyatı üçün tələb olunan sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və yaxud məlumatlar ərizəçidən tələb edilməyəcək.
Belə sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və yaxud ərizəçi tərəfindən təmin ediləcək.

Eyni zamanda reyestrlərdən məlumat almaq üçün tələb olunan sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və yaxud məlumatlar ərizəçidən tələb edilməyəcək.

Belə sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və yaxud ərizəçi tərəfindən təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO