İrandan NÖVBƏTİ TƏXRİBAT – “SEPAH ordumuzla bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürür”

İrandan NÖVBƏTİ TƏXRİBAT – “SEPAH ordumuzla bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürür”

Hazırda oxunan: İrandan NÖVBƏTİ TƏXRİBAT – “SEPAH ordumuzla bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürür”

131849

İran çirkin oyunlarından əl çəkmir. Ötən gün daha bir təxribat xarakterli məlumat yayılıb.

SEPAH-ın Qüds qanadına bağlı teleqram kanallarının yaydığı məlumatda deyilir ki, İran ölkənin şimal-qərbində, Azərbaycanla sərhəddə bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib. 

Molla-fars rejiminin sərhədlərimizdə xüsusi radiolokasiya sistemi quraşdırması təkcə ölkəmizə qarşı bir təhdid deyil, həm də erməni dəyirmanına su tökmək məqsədi daşıyır. Məlumdur ki, bu sistem İrandan daha çox Ermənistan üçün kəşfiyyat məlumatları toplayacaq.

Məsələ ilə bağlı danışan  hərbi ekspert Ədalət Vediyev Bizim.Media-ya açıqlamasında bildirib ki, İran Azərbaycana qarşı hər zaman aqressiv olub:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: SEPAH Xəzər dənizində hərbi parad keçirir - FOTO/VİDEO 


“44 günlük müharibəyə kimi bu bir qədər qapalı formada aparılırdı. Lakin, Böyük Qələbədən sonra gizli mübarizə açıq müstəviyə keçirildi. Son vaxtlarsa bu aqressiya daha da artıb. İsrailin Xarici İşlər nazirinin ölkəmizə səfəri günündə İran və erməni teleqram kanallarında Azərbaycanla sərhəddə İranın xüsusi radar sistemləri quraşdırması xəbərinin geniş şəkildə tirajlanması bu istiqamətdə növbəti addımdır.

Bu radar sistemləri Azərbaycan ərazilərini müşahidə etmək, burada baş verən prosesləri daha yaxından izləmək və kəşfiyyat məlumatları toplamaq məqsədi ilə quraşdırılıb. Ən əsası toplanan məlumatların operativ şəkildə Ermənistana ötürülməsi məqsədi daşıyır”
Ədalət Vediyev əslində burada təəccüblü bir şey olmadığını qeyd edib:

“Bildiyimiz kimi həm birinci, həm də ikinci Qarabağ müharibəsində İran ermənilərə ciddi yardımlar edib, kəşfiyyat məlumatları ötürüb. Bu bədnam fəaliyyət bu gün də davam edir.

Quraşdırılan radiolakasiya qurğusu Azərbaycan ordusunun öz ərazilərində hərəkətini, baş verən prosesləri, əməliyyat şəraitini, yerdəyişməni, döyüş təyyarələrinin uçuşları haqqında məlumatları operativ şəkildə Ermənistan tərəfinə ötürmək məqsədi ilə qurulub”.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO