Azərbaycanın xarici siyasəti çox açıqdır və heç bir gizli hissələri yoxdur. Bu siyasət yalnız əməkdaşlığın möhkəmləndirilməsinə söykənir. Azərbaycan Gürcüstan, Ukrayna və Moldovanı hər zaman dəstəkləyib. Həmçinin o ölkələrin bizi dəstəkləməsini də görmüşəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağın bərpasından önəmli bir işimiz qalmayıb” – Prezident
Ölkə başçısı GUAM təşkilatının fəaliyyətindən də danışıb:
“Məqsədlər barədə danışmağa çətinlik çəkirəm GUAM-da öncədən planlaşdırma və uzunmüddətli planların reallaşdırılmasını görmək istəyirik.
Çoxtərəfli əməkdaşlıq üçün imkanlar çoxdur. Hesab edirəm ki, hər şey gələcəkdə tərəfdaşlarımızın fəaliyyətindən və hərəkətlərindən asılı olacaq.
Gizlətməyəcəm və onu da deyəcəm ki, rəhbərliyin tez-tez dəyişməsi yeni prioritetləri müəyyənləşdirməyə ehtiyac yaradır. Biz GUAM-ın stabil üzvü olmuşuq və bu gün də o şəkildə davam edirik”.
Alçina Amilqızı, Bizim.Media