Prezidentdən MÜHÜM MESAJLAR – Separatçılara SON XƏBƏRDARLIQ 

Prezidentdən MÜHÜM MESAJLAR – Separatçılara SON XƏBƏRDARLIQ 

Hazırda oxunan: Prezidentdən MÜHÜM MESAJLAR – Separatçılara SON XƏBƏRDARLIQ 

131678

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala və Salyan rayonlarına səfər edib. Bir sıra vacib infrasturktur obyektlərinin açılışında iştirak edən Dövlət başçısı “AzTV”-yə müsahibə verib.

Prezidentin açıqlamaları bir sıra mühüm mesajlarla yadda qalıb.

Bizim.Media İlham Əliyevin müsahibəsindən ən mühüm mesajları təqdim edir: 

1. Qarabağdakı ermənilər ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. 

2. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.

3. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük.

4. Hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.

5. Ermənistan rəhbərliyi və onun arxasında dayanan qüvvələr bilsin ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu müharibə zamanı və müharibədən sonra sübut etmişik. Lazım olarsa, istənilən formada bir də sübut edərik.  
6. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.

7. Ermənistanın siyasi rəhbərliyinin gözü önündə idman yarışında Azərbaycan bayrağının yandırılması kimi rəzil hadisəyə İrəvan tərəfindən heç bir reaksiyanın verilməməsi göstərir ki, bu çirkin əməlin müəllifi Ermənistan hakimiyyətidir. 

8. Bayrağımızın yandırılması hadisəsi bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.

9. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bu torpaqların sahiblərinin öz doğma dədə-baba torpaqlarına qayıtdığının göstəricisidir.

10. Dövlət büdcəsinin əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə isə hərbi xərclər olacaq. Çünki Azərbaycan istənilən vəziyyətə hazır olmalı və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi və ən güclü ordulardan biri olsun. 

11. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır.

12. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO