''Ermənistanın cəsarəti çatacaqmı ki, Putinin imzası olan sənədin üstündən xətt çəksin?''- PREZİDENT 

''Ermənistanın cəsarəti çatacaqmı ki, Putinin imzası olan sənədin üstündən xətt çəksin?''- PREZİDENT 

Hazırda oxunan: ''Ermənistanın cəsarəti çatacaqmı ki, Putinin imzası olan sənədin üstündən xətt çəksin?''- PREZİDENT 

13165

“Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəmirəm. Deyəcəklərim Ermənistanda müəyyən siyasi dairələr tərəfindən fərqli təhlil edilə bilər.

Amma o ölkəyə qarşı biganə ola bilmərik. Orada üçtərəfli 10 noyabr bəyanatına mane olmaq cəhdləri zərərverici olacaq.

Vəziyyət bundan da qat-qat pis olacaq. Ermənistan anlamalıdır ki orada baş verən hadisələr Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Biz “İsgəndər” raketinin atılmasını görməmişik” – Prezident 


Prezident Ermənistan hakimiyyətindəki hər hansı dəyişikliklərin 10 noyabrda imzalanmış rəsmi bəyanata təsir edəcəyindən narahat olmadığını bildirib:

“Ermənistan müharubədən əvvəl də indi də Rusiyadan asılıdır və bu reallıqdır. Ermənistanın cəsarəti çatacaqmı ki, Rusiya prezidentinin imzası olan sənədin üstündən xətt çəksin”. 

İlham Əliyev Paşinyanla təması məsələsinə də toxunub. O, Paşinyanın təxribatçı bəyanatlar verməsindən sonra onunla təmasa son verdiyini deyib:

“2019-cu ildə Düşənbə şəhərindəki görüşə gedərkən liftdə söz verdi ki, atəşkəsə əməl edəcək və konstruktiv davranacaq.

Hesab edirdim ki, sözlərinə əməl edəcək. Amma etdiyi əməllər zəiflik əlaməti idi. Şuşadakı məlum rəqsi də bunun göstəricisidir. Bizim heç bir təmasımız ola bilməz”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO