İlham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib

İlham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib

Hazırda oxunan: İlham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib

131636

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır" - Eli Kohen


Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb.

Dövlət başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO