Ermənistanda əsir saxlanılan əsgərlərimizə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) baş çəkib.
Bu barədə məlumatı Bizim.Media-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmisi İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, bu gün 19 aprel tarixində BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkib.
Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
Qeyd edək ki, əsir götürülən Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistanda əsir saxlanılır. Hərbçilərimizdən biri, Hüseyn Axundova ermənilər tərəfindən döyülərək işgəncə verilmişdi.
İşgəncə ilə bağlı foto və görüntülər isə “Baqramyan26” Teleqram kanalında (Ermənistan hökumətinə aiddir) yayılmışdı.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Onu da bildirək ki, əsgərlərin azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:52 / 19.04.2023
BQXK Ermənistanda əsir saxlanılan əsgərlərimizə BAŞ ÇƏKİB
Hazırda oxunan: BQXK Ermənistanda əsir saxlanılan əsgərlərimizə BAŞ ÇƏKİB
Hazırda oxunan: BQXK Ermənistanda əsir saxlanılan əsgərlərimizə BAŞ ÇƏKİB
131617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.