“Regionun gələcək inkişafı üçün bu gün unikal imkanlar yaranıb. Bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa çatıb. Artıq o kitabı bağlamalıyıq və gələcəyə baxmalıyıq.
Qonşularımızla da reginonun inkişafı ilə bağlı fikir ayrılıqlarımız yoxdur. Rusiya, Türkiyə və İran rəhbərliyi, xarici işlər nazirləri ilə dəfələrlə məsləhətləşmələrimiz olub. Bu imkandan maksimum şəkildə səmərəli istifadə etməliyik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ölkə başçısı İlham Əliyev keçirdiyi mətbuat konfransında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Artıq Qarabağda kənd təsərrüfatı fəaliyyətinə başlanılıb – Prezidentdən DETALLAR
Prezident Azərbaycanın əməkdaşlığa açıq olkə olduğunu vurğulayıb:
“Hər bir icra edilən layihə özündən sonra başqa bir layihəni gətirəcək. Birinci addımı atanda hesab etmirdik ki, nə qədər böyük layihələr icra edəcəyik.
Rusiya, İran və Türkiyə rəhbərləri ilə görüşüm ona imkan verir ki, bir mövqedəyik.
Ermənistanda bu məsələ ilə bağlı eyni yanaşma olarsa, o ölkə də gedən proseslərin tərkib hissəsi ola bilər.
Olmasa, biz onsuz da hədəflədiyimiz planları icra edəcəyik. Hansı ki, bu planlardan Ermənistan yan keçəcək. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu, bölgədə sülhün dayanıqlığını təmin edə bilər”.
Alçina Amilqızı, Bizim.Media