“Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Bizim qənaətimizə görə belədir. Dağlıq Qarabağ məsələsini Azərbaycan artıq həll etdi. Status məsələsi ümumiyyətlə gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ məsələsi Azərbaycanın əzəli torpaqlarıdır. Əgər kimsə bu gün status məsələsini qaldırırsa, sülhə yox qarşıdurmaya əsas yaradır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ölkə başçısı İlham Əliyev keçirdiyi mətbuat konfransında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Məcburi köçkünlər Qarabağa nə vaxt qaytarılacaq? – Prezidentin CAVABI
Prezident 30 il ərzində Minsk Qrupunun fəaliyyətinin nəticəsizliyinə də toxunub:
“Minsk Qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfıra bərabər oldu. Ermənistanın baş nazirinin yersiz bəyanatları onların fəaliyyətini sona yetirdi.
Falktiki olaraq son 2 ildə danışıqlar aprılırmırdı. Azərbaycan bu məsələni həll etdi və 10 noyabrda imzalanan bəyanat bunu sübut edir.
Ermənistan və xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər yaxşı olar.
Ermənistan rəhbərliyinin öz əhalisinə yağlı və yalan vəd verməsi əsassızdır. Əfsuslar olsun ki, Ermənistan öz əhalisinin beynini zəhərləyib ki, bunun çözülməsinə vaxt lazımdır”.
Alçina Amilqızı, Bizim.Media