Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin sərəncamı ilə Alim Bayel Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı prezidentin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, bu vəzifəni tutan Serjan Abdıkərimov geri çağırılıb.
Alim Bayel 2020-ci il martın 1-dən Qazaxıstanın İstanbuldakı baş konsulu vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi olub. 2016-2018-ci illərdə Qazaxıstanın Dövlət Qulluğu İşləri və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri, Strateji İnkişaf Departamentinin rəhbəri vəzifələrində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:02 / 18.04.2023
Tokayev Azərbaycana yeni səfir TƏYİN ETDİ - FOTO
Hazırda oxunan: Tokayev Azərbaycana yeni səfir TƏYİN ETDİ - FOTO
Hazırda oxunan: Tokayev Azərbaycana yeni səfir TƏYİN ETDİ - FOTO
131355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.