"Qarabağ tarixi Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və mövqeyimizi qoruyur".
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov yaydığı videomüraciətdə bildirib.
"İkinci Qarabağ müharibəsinin bu döyüşləri göstərdi ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Nikol Paşinyan öz məğlubiyyətilə barışdı.
"Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!", - deyə M.Qurbanov qeyd edib.