Rəsmi Tehran Azərbaycanla mehriban qonşuluğun, qarşılıqlı hörmətin və ümumi maraqlara əsaslanan ikitərəfli münasibətlərin vacibliyini bir daha bəyan edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani səsləndirib.
O xatırladıb ki, ötən müddət ərzində iki ölkənin xarici işlər nazirləri arasında 3 dəfə telefon danışığı olub.
“Mövcud vəziyyətdən çıxmaq və gərginliyi aradan qaldırmaq üçün razılıq əldə olunub. Bu istiqamətdə atılacaq addımlar müəyyən edilib. Ümid edirik ki, ortaq siyasi iradə olarsa, problemlər və anlaşılmazlıqlar aradan qaldırılacaq və münasibətlər təbii və faydalı məcraya yönələcək”, - deyə İran XİN-in nümayəndəsi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:27 / 17.04.2023
İran-Azərbaycan danışıqlarında razılıq əldə olunub - Rəsmi Tehran
Hazırda oxunan: İran-Azərbaycan danışıqlarında razılıq əldə olunub - Rəsmi Tehran
Hazırda oxunan: İran-Azərbaycan danışıqlarında razılıq əldə olunub - Rəsmi Tehran
131230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.