İrəvanda ümumi yurisdiksiya məhkəməsi Naxçıvandan sərhədi keçərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgəri həbs edib.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Baş Prokurorluğu yayıb.
Mənbə yazır ki, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.
Bundan əvvəl erməni ombudsman Anahit Manasyan istintaq təcridxanasında Azərbaycan əsgərlərinə baş çəkib.
Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Qarakilsə (Sisyan) rayonunun Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Zəngəzur rayonunda saxlanılıb və 2 yerli sakin tərəfindən vəhşicəsinə döyülüb. Bununla bağlı sosial şəbəkələrdə çox saylı video və fotolar yayılıb.
Bizim.Media