Azərbaycanlı deputatlar Kahramanmaraşda zəlzələdən zərər çəkənlərlə görüşdü - FOTO/VİDEO

Azərbaycanlı deputatlar Kahramanmaraşda zəlzələdən zərər çəkənlərlə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı deputatlar Kahramanmaraşda zəlzələdən zərər çəkənlərlə görüşdü - FOTO/VİDEO

131077

Milli Məclisin üzvlərindən, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovdan və sənətçilərdən ibarət olan Azərbaycanın nümayəndə heyəti Kahramanmaraş şəhərinə gəliblər. Onlar Sütçü İmam Universitetinin Avşar kampusunda zəlzələdən zərər çəkənlərlə görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “yeniakit.com.tr” saytında yerləşdirilib.

Mənbə yazır ki,  rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə zəlzələ qurbanlarının ailələrinin qaldığı çadıra baş çəkən azərbaycanlı səfir zəlzələ bölgəsində min ev tikəcəklərini, “Azərbaycan bulvarı”nı yenidən inşa edəcəklərini bildirib.

Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev mətbuata açıqlamasında Azərbaycan Prezidenti Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq “Biz əsrlər boyu, istər pis günümüzdə, istərsə də şad günlərimizdə bir-birimizin yanındayıq. Azərbaycan xalqının bir problemi olanda  Türkiyə dövləti, Türkiyə xalqı Azərbaycanın köməyinə gəlir.
Eyni zamanda, Azərbaycan vətəndaşları hər zaman qardaş Türk xalqının onun yanında olur. Bütün müharibələrdə Azərbaycan xalqı Türkiyənin, Türk xalqı isə Azərbaycanın yanındadır” sözlərini deyib. 

Adil Əliyev zəzlələnin fəsadlarından da söz açıb:

"Bu zəlzələ hər birimizi sarsıtdı. İslamdan əvvəl Allahını tanıyan Türk xalqı bu gün sınaq qarşısında qaldı:

"Bu, Allahın sınağı idi. Bu imtahan hər birimiz üçün Allahı bir daha tanımağa vadar etdi. Bu günlərdə bir-birimizin yanında olmaqla, bu fani dünyada köhnə dostluq modelini yaşatmış oluruq".

O, həmçinin Azərbaycanın hər zaman Türkiyəni dəstəklədiyini və ona kömək etdiyini bildirib:

"Prezident İlham Əliyev Türkiyədə baş verən bu hadisələrdə, Antalyada baş verən yanğınlarda FHN-in xilasedicilərini köməyə göndərdi. Elə bu günün özündə də  Türkiyəyə dəstək vermək istəyən minlərlə vətəndaşımız var”.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov qeyd edib ki, Türk milləti bu zəlzələdə tək olmayıb:

“Dünyanın müxtəlif yerlərində yaşayan  hər bir azərbaycanlının ürəyi sizinlə bir yerdə döyünür”.

Nümayəndə heyətinin tərkibində millət vəkili Ziyafət Əsgərov, azərbaycanlı müğənni Azərin və sənətçi Cavit Abidov da yer alıb. Onları Kahramanmaraş valisi Ömər Faruk Coşkun və Sütçü İmam Universitetinin rektoru, professor Alptekin Yasım müşayiət edib.
 















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO