Polşa qəzetində Xocalı faciəsindən yazıldı - FOTO

Polşa qəzetində Xocalı faciəsindən yazıldı - FOTO

Hazırda oxunan: Polşa qəzetində Xocalı faciəsindən yazıldı - FOTO

13101

Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı haqda Polşa ictimaiyyətinin məlumatlandırılması istiqamətində bir neçə tədbir keçirilib. 

Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, Polşanın “Dziennik Trybuna” qəzetinin çap versiyası və internet səhifəsində səfir Nərgiz Qurbanovanın Xocalı Soyqırımına həsr edilmiş “Qafqaz göründüyü kimi deyil” başlığı altında məqaləsi dərc edilib. 

Məqalədə 26 fevral tarixində Azərbaycan xalqının Xocalı soyqırımının növbəti anım gününü qeyd etdiyi bildirilir. 

Məqalədə, həmçinin, Ermənistanın 1987-ci ildə Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinə rəsmi idia irəli sürməsi və nəticədə Azərbaycana qarşı hərbi təcavüzü, BMT Təhlükəsizlik Şurası tərəffindən qəbul edilib, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan məxsusluğunu təsdiq edən 4 qətnamənin qəbul edilməsi vurğulanıb.  

Bununla yanaşı, Səfirliyin təşəbbüsü ilə Varşavanın Regional Qan Donor Mərkəzinin binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirilib. 

Daha bir təşəbbüs kimi Səfirlik tərəfindən Varşavada yerləşən Yanuş Kurçak adına 2 saylı Uşaq Evinin sakinləri olan kimsəsiz uşaqlar üçün şirniyatlar və oyuncaqlar alınaraq qarşı tərəfə təqdim edilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO