Xocalı soyqırımı ilə bağlı Niderland parlamentinə müraciət edildi

Xocalı soyqırımı ilə bağlı Niderland parlamentinə müraciət edildi

Hazırda oxunan: Xocalı soyqırımı ilə bağlı Niderland parlamentinə müraciət edildi

13100

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası Niderland parlamentini və Senatını Xocalı soyqırımını tanımağa çağırıb.

Bizim.Media xəbər verir ki, Koordinasiya Şurasına daxil olan diaspor təşkilatları adından Niderland parlamentinə ünvanlanan bəyanatda bildirilib: 

“XX əsrin sonunda erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində etnik və nifrət zəminində törətdikləri dəhşətli soyqırımına indiyədək Niderland parlamentində hüquqi-siyasi qiymət verilməməsi təəssüf doğurur.

Niderland Krallığı dünyada demokratiya, ədalət və insan hüquqları üzrə aparıcı dövlət olduğundan ölkə parlamentinin Xocalı soyqırımını müzakirəyə çıxarmasını tələb edirik.

Ümid edirik ki, parlamentin səlahiyyət müddətinin başa çatmasına qədər ədalət naminə bu müzakirələr gerçəkləşdirilə bilər”.

Xocalı soyqırımı barədə susmağın yeni cinayətlərin törədilməsinə zəmin yaratdığına diqqəti cəlb edən soydaşlarımız niderlandlı deputatları insanlıq naminə susmamağa, günahsız insanlara qarşı törədilən soyqırımın tanınması haqda məsələni parlamentin iclasında müzakirə etməyə çağırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO