“Paşinyan Azərbaycana zəng edib, üzr istəməlidir” - Elmar Məmmədyarov 

“Paşinyan Azərbaycana zəng edib, üzr istəməlidir” - Elmar Məmmədyarov 

Hazırda oxunan: “Paşinyan Azərbaycana zəng edib, üzr istəməlidir” - Elmar Məmmədyarov 

130986

Aprelin 14-də İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı Azərbaycan bayrağının yandırılması təkcə ölkəmizin deyil, bütün sivilizasiyanın hiddətinə səbəb olub. Ermənilərin bu vandallığı bütün insan haqlarına və beynəlxalq hüquqa təhqirdir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, bu hadisə Ermənistanın əsl simasını dünyaya bir daha göstərdi: 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda Azərbaycana qarşı TƏXRİBAT: Bayrağımızı yandırdılar - FOTO/VİDEO


“Ən acınacaqlısı da odur ki, insidentin baş verdiyi açılış mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdi. Bu isə o deməkdir ki, baş verəcək insidentdən Paşinyanın qabaqcadan xəbəri olub.

Əgər belə olmasa idi, o, anındaca tribunaya çıxıb baş verənlər üçün hər kəsdən üzr istəməli idi, amma bunu etmədi.  

Əgər Paşinyan həqiqətən olanlardan peşimandırsa, o zaman sülh danışıqlarına sadiqliyini və beynəlxalq hüquqa hörmətini göstərmək üçün Azərbaycana zəng edib, üzr istəməlidir. Yalnız bundan sonra Paşinyanın peşimançılığında səmimi olduğuna inanmaq olar”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO