Böyük güclərin TƏHLÜKƏLİ OYUNU – Qarabağ erməniləri ilə təmaslara kimlər mane olur?

Böyük güclərin TƏHLÜKƏLİ OYUNU – Qarabağ erməniləri ilə təmaslara kimlər mane olur?

Hazırda oxunan: Böyük güclərin TƏHLÜKƏLİ OYUNU – Qarabağ erməniləri ilə təmaslara kimlər mane olur?

130797

Qarabağdakı separatçı qurumun Azərbaycan tərəfinə görüş təklifi irəli sürdüyü iddia olunur. Bu barədə separatçı rejim xəbər yayıb. Həmin məlumat Ermənistan mediasında dərc olunub. Məlumatda qeyd edilir ki, qondarma rejim Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə görüşün keçirilməsi təklifini göndərib. Lakin, təklifin detalları isə açıqlanmayıb. 

Nəzərə alaq ki, separatçıların Bakıda görüş təklifi Azərbaycan tərəfindən cavabsız qalıb. Bu da o deməkdir ki, Azərbaycan dövləti hər hansı bir separatçı ilə bir masa arxasında oturmaq fikrində deyil. Bunu ermənilər də yaxşı bilir.

Bəs, elə isə bu məlumatın tirajlanması nəyə xidmət edir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu cür təkliflərin səsləndirilməsinin konkret hədəfləri var:

“Bildiyimiz kimi qondarma rejimin legitimləşdirilməsi ilə bağlı birgə addım atan güclər var. Bunlar Ermənistandır, Rusiyadır, Fransadır və erməni lobbisinə bağlı olan digər dövlətlərdir. Adını çəkdiyimiz və çəkmədiyimiz dövlətlər hər vasitə ilə qondarma rejimi Azərbaycanın qarşısına çıxardırlar. Bu 44 günlük müharibədən sonra daha intensiv xarakter alıb. 

Ukrayna müharibəsi də ermənilərdə müəyyən həvəs və ambisiyalar yaratdı. Və Azərbaycan dövləti reinteqrasiyaya başladığını elan edəndə məkrli plan işə düşdü. Məkrli plana uyğun olaraq Qarabağdakı erməni və Azərbaycan icmalarının növbəti görüşləri yuxarıda dediyimiz qüvvələrin təxribatıyla pozuldu. Və üstündən bir müddət keçəndən sonra separatçı rejim özü təşəbbüslə çıxış etdi ki, biz Bakı ilə danışıqlara hazırıq. 

Halbuki, bu dəvəti göndərənləri Azərbaycan rəsmi tərəf kimi tanımır. Çünki, bu qurumun üzvləri separatçı və terrorçu dəstənin təmsilçiləridir. Ona görə də separatçıların son təklifi haqlı olaraq cavabsız qaldı”.

Əziz Əlibəyli onu da qeyd edib ki, bununla belə separatçıların dayanmaq fikri yoxdur: 

”Ermənilər hazırda bu təklifləri və Azərbaycanın bu təkliflərə laqeyd yanaşmasını Beynəlxalq aləmdə yaymaqla məşğuldurlar. Bununla onlar dünyaya göstərmək istəyirlər ki, bölgədəki erməni əhalinin humanitar vəziyyəti dözülməzdir. Və Azərbaycan bu vəziyyətə görə guya cavab verməlidir. 
 

Dekabr ayında Ermənistan tərəfi Azərbaycanı humanitar cinayətlər törətməkdə və Qarabağda yaşayan erməni əhalini blokadada saxlamaqda ittiham etdi. İndi onlar bu arqumenti əsaslandırmağa çalışırlar. Onlar daha əvvəl görüşlərdən imtina etdilər. İndi görüş təklifi ilə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırlar. 


Görüşün sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi isə sülhməramlıların mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Yəni bu cür avantürist çağırışlar sülhə yox, yeni münaqişəyə hesablanmış addımlardır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO