Matvienko: “Tezliklə Azərbaycan və Ermənistan arasında sülh imzalanmasına ümid edirik”

Matvienko: “Tezliklə Azərbaycan və Ermənistan arasında sülh imzalanmasına ümid edirik”

Hazırda oxunan: Matvienko: “Tezliklə Azərbaycan və Ermənistan arasında sülh imzalanmasına ümid edirik”

130788

“Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir”.

Bizim.Media xəbər verir ki, bunu Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının sessiya yekunları üzrə Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.

O bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında qısa zamanda sülh sazişinin imzalanmasına çalışır.

"Rusiya bir vaxtlar üç dövlət başçısının imzaladığı üçtərəfli saziş çərçivəsində sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün mümkün olan hər şeyi etdi və etməkdə də davam edir. Ümid edirik ki, bu, tezliklə baş verəcək” - Matviyenko bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO