Əsir düşən hərbçilərimizlə bağlı FAKTLARIN XRONİKASI

Əsir düşən hərbçilərimizlə bağlı FAKTLARIN XRONİKASI

Hazırda oxunan: Əsir düşən hərbçilərimizlə bağlı FAKTLARIN XRONİKASI

130714

Xəbər verildiyi kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən iki Azərbaycan əsgərini ermənilər döyüb və igəncə veriblər. İşgəncə ilə bağlı foto və videolar isə “Baqramyan26” erməni teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb. 

Bizim.Media əsir düşən iki əsgərimizlə bağlı son sutka ərzində ölkənin rəsmi qurumları və beynəlxalq təşkilatlar tərəfindən açıqlanan məlumatların rəsmi xronikasını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva:

Beynəlxalq təşkilatlara müraciət edilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq hərbi qulluqçularımıza baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumatların verilməsi tələb edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu:

İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2 (əsir düşmüş şəxslərə işgəncə vermə, onlara qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi:

Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəfatrı görmək üçün beynəlxalq ictimaiyyətə çağırış edilib. Hərbçilərimizə qarşı törədilən işgəncə ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko:

Azərbaycan hərbçisinə qarşı qeyri-insani rəftarın əks olunduğu görüntüləri “çox təəssüfləndirici” adlandırıb.

Əsir və itkin düşmüş,girov götürülmüş vətəndaşlarla əlaqədar Dovlət Komissiyası:

Bir daha beynəlxalq humanitar hüquq normalarına uyğun davranılması tələb edilib.

Bu gün ən son isə ABŞ və Britaniyanın Azərbaycandakı səfirlikləri baş verən olaylarla bağlı mövqelərini açıqlayıblar. Diplomatik korpus təmsilçiləri Ermənistanda əsgərimizə işgəncə verilməsindən çox narahat olduqlarını bəyan ediblər. 

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO