Prezident:

 Prezident:"Atəşkəs istəyən Ermənistana niyə silah göndərir?"

Hazırda oxunan:  Prezident:"Atəşkəs istəyən Ermənistana niyə silah göndərir?"

1307

“Bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında  bizim qabağımızda diz çöküb”.

Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan  atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edib, vaxt qazanmaq, yenə də silahlanmaq istəyir:

“Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, necə boşaldılıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO