“Borçalı”x9d Cəmiyyəti İlham Əliyevi islahatlara çağırdı...

“Borçalı”x9d Cəmiyyəti İlham Əliyevi islahatlara çağırdı...

Hazırda oxunan: “Borçalı”x9d Cəmiyyəti İlham Əliyevi islahatlara çağırdı...

130689
“Borçalı”x9d İctimai Cəmiyyətinin Azərbaycanın işğal altında olan ərazilərində son günlər baş verən hərbi əməliyyatlarla bağlı

BƏYANATI
 
Uzun müddətdir təcavüzkar erməni - rus işbirliyi nəticəsində Azərbaycan ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal altında saxlanılır. Nüfuzlu beynəlxalq qurumların qətnamə, bəyanat və qərarlarına da məhəl qoymayan işğalçılar torpaqlarımızı tərk etmək əvəzinə demək olar ki, hər gün atəşkəsi pozmuş, dinc əhalini belə güllə-baran etməkdən çəkinməmişlər. Nəticədə on minlərlə insan həlak olmuş, yüzlərlə mədəniyyət abidələri, məscidlər dağıdılmış, bir milyondan çox məcburi köçkün ordusu yaranmışdır. 
Aprelin 2-dən 3-nə keçən gecə isə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində yerləşmiş Ermənistan hərbi qüvvələri yenidən hücuma keçərək növbəti dəfə atəşkəsi pozmuş, dinc əhali gülləbarana məruz qalmışdır. Haqlı olaraq Azərbaycan silahlı qüvvələri əks hücuma keçərək düşmənə layiqli cavab vermiş, nəticədə işğal altında olan bir-neçə kəndimiz və strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad olunmuşdur. 
Aprel ayının 5-dən ikitərəfli atəskəs elan edilmişdur. Ordumuz azad etdiyi ərazilərdə möhkəmlənməkdədir. Buna baxmayaraq Ermənistan atəskəsi pozmaqda davam etməklə təmas xəttində yerləşən yaşayın məntəqələri və dinc əhalini hədəf almışdır.  İnanırıq ki, rəşadətli ordumuz düşmənin layiq olduğu cavabı bundan sonra da verəcəkdir. Döyüşlərdə düşmən tərəf külli miqdarda canlı qüvə, zirehli texnika, müxtəlif növ silah-sursat itkisi vermişdir. Vətənimizin azadlığı yolunda Azərbaycan silahlı qüvvələri də şəhidlər vermişdir. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin!
“Borçalı”x9d İctimai Cəmiyyəti uzun müddətli sükutdan sonra milli ordumuzun qəhrəmanlığını, siyasi hakimiyyətin, Müdafiə Nazirliyinin, eyni zamanda siyasi baxışından asılı olmayaraq əksər siyasi qüvvələrin və bütövlükdə millətimizin milli ləyaqətini qeyd etməklə, bu günə qədər əldə olunmuş qələbə münasibəti ilə millətimizi təbrik edir. Bu yekdilliyimiz onu deməyə əsas verir ki, böyük qələbə uzaqda deyildir. Biz “Borçalı”x9d İctimai Cəmiyyətinin rəhbərliyi olaraq öz adımızdan və hər bir Borçalı sakini adından işğal altında olan torpaqlarımız uğrunda son damla qanımıza qədər vuruşmağa, tam qələbənin əldə olunması üçün istənilən fədakarlığa hazır olduğumuzu bəyan edir,  tərəddüd etmədən torpaqlarımızın azad edilməsində dövlətimizin yanında olduğumuzu bəyan edirik.

“Borçalı”x9d İctimai Cəmiyyətinin İdarə Heyəti nikbinliklə qeyd edir ki, xalqımız bütövlükdə milli mübarizəyə, demokratik və bütöv Azərbaycan quruculuğuna hazırdır və hərbi qələbəmizin siyasi islahatlarla zənginləşdirilməsi, mülki vətəndaş cəmiyyəti quruculuğu yolunda daha cəsarətli addımlar atılmasını zəruri hesab edir. Və inam ifadə edir ki, dövlət başçısı cənab İlham Əliyev mütləq səlahiyyətindən istifadə edərək ən yaxın zamanda siyasi islahatlar paketini təqdim edəcək və qələbəyə ruhlanmış xalqımız demokratik dövlət quruculuğu istiqamətində cəsarətli addımlar atacaqdır. 
 
“Borçalı”x9d İctimai Cəmiyyətinin İdarə Heyəti adından 
sədr Zəlimxan Məmmədli
06 aprel 2016-cı il
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO