Çavuşoğludan Ermənistanın son təxribatı ilə bağlı AÇIQLAMA - VİDEO

Çavuşoğludan Ermənistanın son təxribatı ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Çavuşoğludan Ermənistanın son təxribatı ilə bağlı AÇIQLAMA - VİDEO

130680

“Təəssüf ki, Azərbaycanla Ermənistan arasında bugünlərdə yenidən gərginlik yaşanıb”.

Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Qarabağa qanunsuz yollarla silah-sursat daşıdığını müəyyən edib.

“Son nəticədə bu gərginliyi bir kənara qoyaraq tez bir zamanda sülh sazişini imzalamaq vacibdir. Yeni yolların, dəhlizlərin inşası lazımdır”, - deyə nazir bəyan edib.
XİN rəhbəri İranın bölgədəki fəaliyyətinə və Zəngəzur dəhlizinin inşasındakı mövqeyinə də toxunub.

“Bu, İranın da, Ermənistanın da, hamımızın da xeyrinədir. Dəhliz birbaşa İrandan keçməsə də, onunla əlaqəli yollar qurula bilər. Keçmişdə Naxçıvanla İrandan keçəcək dəhlizin yaradılması planları da var idi. Əslində biz bunu da dəstəkləyirik. Çünki alternativ marşrutlar hər zaman olmalıdır. Tək yoldan asılı olmaq risklidir”, - Çavuşoğlu vurğulayıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO