Azərbaycanda Bosniya və Herseqovinanın səfirliyi açılacaq - Jelka Tsviyanoviç

Azərbaycanda Bosniya və Herseqovinanın səfirliyi açılacaq - Jelka Tsviyanoviç

Hazırda oxunan: Azərbaycanda Bosniya və Herseqovinanın səfirliyi açılacaq - Jelka Tsviyanoviç

130607

“Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycan–Bosniya və Herseqovina münasibətlərinin yeni səhifəsi başlayır”


O bildirib ki, bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq.

“Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açıb və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik.

Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir. Bununla bağlı təlimatlarımızı artıq Xarici İşlər Nazirliyinə vermişik və əminəm ki, səfirliyimiz açılan kimi onun bəhrəsini görəcəyik”, - xanım Jelka Tsviyanoviç vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO