Kremldən növbəti üçtərəfli GÖRÜŞÜN ANONSU – Danışıqlar bu dəfə nə ilə yekunlaşacaq?

Kremldən növbəti üçtərəfli GÖRÜŞÜN ANONSU – Danışıqlar bu dəfə nə ilə yekunlaşacaq?

Hazırda oxunan: Kremldən növbəti üçtərəfli GÖRÜŞÜN ANONSU – Danışıqlar bu dəfə nə ilə yekunlaşacaq?

130592

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib ki, Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək.

Onun sözlərinə görə, hər iki tərəf buna razılıq verib:

"Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir".

Ancaq Zaxarova danışıqların nə vaxt baş tutacağını açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl iki ölkə liderlərinin mayın ikinci yarısında Vaşinqtonda danışıqlar aparacaqları barədə məlumatlar yer almışdı.

Bu müstəvidə həmçinin Brüsselin də aktivləşdiyi bildirilirdi. Həmin informasiyaların ardınca Moskva rəsmiləri də danışıqların növbəti mərhələsinin Rusiyada keçiriləcəyini bəyan etdi. Rusiya XİN sözçüsü hətta tərəflərin buna razılıq verdiyini də deyir. 
Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya XİN-in sözçüsü səsləndirdiyi fikirlərilə sadəcə olaraq öz şefinin görmək istədiyi mənzərəni təsvir edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Kremldən növbəti üçtərəfli GÖRÜŞÜN ANONSU – Danışıqlar bu dəfə nə ilə yekunlaşacaq?


“Zaxarovanın bunu deməsinə baxmayaraq, görüş barədə dəqiq tarix bəlli olmayınca, səfərə hazırlıq getməyincə danışıqların növbəti mərhələsinin Rusiyada olacağı barədə səslənən fikirlərə o qədər də inanmağına dəyməz. 

Fikrimcə, Zaxarova sadəcə olaraq öz şefinin görmək istədiyi mənzərəni deyib. Görüşün keçirilib-keçirilməyəcəyini gələcək göstərəcək. Gəlin hadisələri qabaqlamayaq. Ona görə ki, ABŞ və Avropada görüşün keçirilməsinə maneə olmaq istəyən qüvvələrin olduğu kimi, belə təmasların Rusiyada olmasını istəməyən tərəflər də çoxdur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO