“Azərbaycanın həlledici hərbi əməliyyatlar keçirməsi zərurət halına gəlib” - Fərid Şahbazlı

“Azərbaycanın həlledici hərbi əməliyyatlar keçirməsi zərurət halına gəlib” - Fərid Şahbazlı

Hazırda oxunan: “Azərbaycanın həlledici hərbi əməliyyatlar keçirməsi zərurət halına gəlib” - Fərid Şahbazlı

130462

“Azərbaycanın regionda sülhün və sabitliyin təmini üçün bütün addımlarına və çağırışlarına baxmayaraq, Ermənistan revanşist və təcavüzkar siyasətindən əl çəkmir. Düşmən ölkə tərəfindən Laçın rayonu istiqamətində Ordumuzun mövqelərinin atəşə tutması, şəhid və yaralılarımızın olması bunun daha bir sübutudur. Ermənistan bu hərbi təxribatlarla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hədəf seçib”.

Bizim.Media xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin təxribat törətdikləri ərazidən REPORTAJ - VİDEO


O bildirib ki, Ermənistan mütəmadi olaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla bütün regionun təhlükəsizliyini təhdid edir: 

“Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan hər zaman beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi ilə bağlı danışıqların ciddi formada gündəmə gətirilməsi mərhələsində belə hərbi təxribatlara yol verir və bu prosesdə maraqlı olmadığını ortaya qoyur.

Şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələri belə təxribatların qarşını qətiyyətlə alır. Lakin düşmənin hərbi və siyasi təxribatları mütəmadi xarakter alıb. Bu vəziyyət ölkəmizi, həm də bütün regionu təhdid edir. Bu isə şübhəsiz ki, qəbuledilməzdir və Azərbaycanın həlledici hərbi əməliyyatlar keçirməsini zəruri edir”.
Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın son zamanlar artan hərbi-siyasi ritorikası təsadüfi deyil və müəyyən məqsədlərə hesablanıb:

“Görünür, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi, bəzi ölkələrin anti-Azərbaycan ritorikası Ermənistanı cəsarətləndirib. Baş nazir Nikol Paşinyan və onu himayə edən güclər regionda hansısa proseslərin dəyişəcəyinə ümid edir və sülh prosesini uzatmağa çalışır.

Ancaq bu ümidlər əbəsdir. Ermənistanın hərbi-siyasi hakimiyyəti anlamalıdır ki, 44 günlük Vətən Müharibəsi dövründə dünyanın bir sıra dövlətləri, siyasi dairələri Azərbaycana çox ciddi şəkildə təzyiqlər etməsinə baxmayaraq, bu düşmən ölkəni xilas etmədi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizə yönəlik bütün təhdidləri dərhal məhv etməyə qadirdir və bu onun beynəlxalq hüquqla tanınan haqqıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO