Növbəti görüş yeri Aşqabaddır – MƏQSƏD NƏDİR?

Növbəti görüş yeri Aşqabaddır – MƏQSƏD NƏDİR?

Hazırda oxunan: Növbəti görüş yeri Aşqabaddır – MƏQSƏD NƏDİR?

13045

“Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü dialoqun növbəti hissəsi idi. Ankarada əldə olunan razılığa əsasən növbəti görüşün ünvanı Aşqabad şəhəridir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında səsləndirən Elşad Mirbəşiroğlu növbəti görüşün səbəbini açqıladı:  

“Son illərə diqqət yetirsək görərik ki, 3 ölkə arasında artıq kifayət qədər konstrukiv dialoq mövcud olmaqda, əməkdaşlıq isə davamlı inkişaf etməkdədir.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının görüşü ilə bağlı birgə bəyanat yayıldı


Bu dialoqun son zamanlar üçün ən mühüm nəticəsi Dostluq yatağı ilə əlaqədar Azərbaycan və Türkmənistan arasında imzalanan razılaşmadır. Sözügedən yataq uzun müddət mübahisə obyekti idi. Belə anlaşılmazlıqlar isə münasibətlərə öz təsirini göstərirdi. 

Amma indi görünən reallıq ondan ibarətdir ki, tərəflər arasında müzakirə yolu ilə həllini tapmayacaq məsələlər yoxdur.

Ankarada baş tutan görüş də ona dəlalət edir ki, bundan sonrakı mərhələdə həm Azərbaycan-Türkmənistan, həm də Aşqabadla Ankara, bütövlükdə 3 ölkə arasında istənilən məsələni müzakirə yolu ilə həll etmək mümkündür. Gələcəkdə mövcud əməkdaşlığı daha da genişləndirmək niyyəti var.

Ən vacib məqamlardan biri də odur ki, Türkmənistan üçün Azərbaycanın tranzit imkanları çox cəlbedicidir. Aşqabad gələcəkdə Azərbaycan üzərindən Avropaya istər enerji daşıyıcılarının, istərsə də digər məhsulların çıxarılması imkanlarını yüksək qiymətləndirir. 

Gələcəkdə Türkiyə ilə Azərbaycan arasında Mehri dəhlizi vasitəsilə birbaşa əlaqənin qurulması da Türkmənistan üçün yeni kommunikasiya imkanları açacaqdır.

Yekun olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan, Türkiyə və Türkmənistan münasibətlərinin hazırki səviyyəsini yeni bir mərhələ kimi xarakterizə etmək olar.

Çünki həm Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar, həm də bütövlükdə tərəflər arasındakı münasibətlərin xarakterinin yeni elementləri çox böyük perspektivlər və yaxınlaşmadan xəbər verir”, - deyə millət vəkili Elşad Mirbəşiroğlu fikrini bitirdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO