ATƏT sədri: Dayanıqlı sülh təmin olunmalıdır

Hazırda oxunan: ATƏT sədri: Dayanıqlı sülh təmin olunmalıdır

130321

“ATƏT-ə çətin dövrdə sədrlik edirəm. Biz inanırıq ki, ATƏT-in baxışı inklüziv və əhatəli olmalıdır. Avropa regionunda konsensus əsasında ölkələrin ərazi bütövlüyünün təmin olunması ilə ATƏT öz potensialı və resurslarından istifadə edərək təhlükəsizliyi təmin etməlidir. Azərbaycan kimi ökələrin rolu burda böyükdür”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də regionda yaşayanlar üçün dayanıqlı sülh təmin olunmalıdır:

“Bütün tərəfləri sülh əsaslı mexanizmlərdən istifadə etməyə çağırıram. Azərbaycan və Ermənistan arasındakı və digər münaqişələr sülhlə həll olunmalıdır. İkitərəfli münasibətlər davam edir, delimitasiya və demarkasiya prosesi gedir, ATƏT sədri olaraq sülhü təşviq edən təşəbbüsləri dəstəkləyirəm.

Mənim Bakıdan mesajım odur ki, biz bu çağırışları, çətinlikləri yaşamışıq. Biz bilirik ki, bu necə ağrılıdır, Şimali Makedoniya mürəkkəb çağırışları dəf etməyə nail olub. Biz öyrəndik ki, bu münaqişələr nə qədər çətin olsa da, dialoqa mane olan hallar dəf oluna bilər, biz, insanlarımızı qoruya bilərik.

Etibarlılığın yaradılması, döyüş meydanından uzaqlaşmağa, danışıqlar masasına yaxın olmağa çağırırıq. Biz, ATƏT sədri olaraq tərəflərə yardım etmək istiqamətində işləməyə çağırırıq. İkitərəfli əlaqələrimizə gəlincə, biz işgüzar münasibətlərimizi, xalqlarımız arasında münasibətləri gücləndirməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO