Rəsmi Bakı Ermənistanın hərbi təxribatı ilə bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: Rəsmi Bakı Ermənistanın hərbi təxribatı ilə bağlı MƏLUMAT YAYDI

130318

“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın destruktiv mövqeyi nəticəsində birbaşa təmaslar dayandırılıb:

“Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”.

C.Bayramov vurğulayıb ki, Ermənistanın qeyri-destruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir:

“Biz yeni hərbi təxribatların da şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO