Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanılıb.
Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Bizim.Media-ya bildirib ki, 11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk.
Vətən var olsun!
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:38 / 12.04.2023
Ermənistanın növbəti təxribatı ilə bağlı cinayət İŞİ BAŞLANDI
Hazırda oxunan: Ermənistanın növbəti təxribatı ilə bağlı cinayət İŞİ BAŞLANDI
Hazırda oxunan: Ermənistanın növbəti təxribatı ilə bağlı cinayət İŞİ BAŞLANDI
130300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.